
Bakı. Trend:
“Aeroflot” aviaşirkətinin işində yaranan pozuntularla əlaqədar
Rusiyanın beş aeroportunda mindən çox sərnişin çıxılmaz vəziyyətdə
qalıb.
Trend xəbər verir
ki, bu barədə Qərbi-Sibit Nəqliyyat Prokorurluğu məlumat yayıb.
Məlumata görə, regional aerportlarda reyslərin gecikməsi
Moskvada “Aeroflot”a aid reyslərdəki gecikmələrlə əlaqədar olub.
Söhbət 1068 sərnişindən gedir.
Novosibirsk hava limanında 300-dən çox rusiyalı sərnişin
Sankt-Peterburq və Taylanda uçuşu gözləyir. Kemerovo şəhər hava
limanında 275 sərnişin təyyarəyə minmək üçün növbədədir.
Krasnoyarskda “Pobeda” aviaşirkətinin Moskva reysini 192 sərnişin
gözləyir. Novokuznetsk və Omsk beynəlxalq hava limanlarında isə
müvafiq olaraq 160 və 141 “Aeroflot” müştərisi təyyarəyə minməyə
hazırlaşır.