Tramp Britaniyanı Şimal dənizində neft hasilatını artırmağa çağırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Böyük Britaniya hökumətini Şimal
dənizində neft quyularının qazılmasına investisiya qoymağa
çağırıb.

Trend xəbər verir
ki, bu barədə Ağ Ev rəhbəri öz “Truth Social” sosial şəbəkə
hesabında yazıb”




“Şimal dənizinin nefti Böyük Britaniya üçün xəzinədir. Amma
vergilər o qədər yüksəkdir ki, o nefti çıxarmaq mənasız olur. Onlar
faktiki olaraq neft və hasilat şirkətlərinə “siz bizə lazım
deyilsiz” deyiblər. Tez bir zamanda neft hasilatını stimullaşdırın.
Böyük Britaniya bundan böyük gəlir, əhali isə daha ucuz enerji
qiymətləri əldə edəcək”, – Tramp yazıb.

Bundan əvvəl Tramp Şotlandiyanın Aberdin dəniz limanının
Birləşmiş Krallığın əsas neft qovşağı edilməsini təklif
etmişdi.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir