
Bakı. Trend:
Qazaxıstanın prezidenti Kasım-Jomar Tokayev Türkiyəyə rəsmi
səfər edib.
Trend bu barədə
Türkiyə KİV-ə istinadən xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada qazaxıstanlı
həmkarını prezident administrasiyasında rəsmi mərasimlə
qarşılayıb.
Ərdoğan və Tokayev Türkiyə-Qazaxıstan strateji tərəfdaşlığının
daha da gücləndirilməsinə dair məsələləri müzakirə etmək üçün
Prezident Administrasiyasında bir araya gələcəklər.
Bununla yanaşı, liderlərin həmsədrliyi ilə Türkiyə-Qazaxıstan
Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası
keçiriləcək.
İclasda iki ölkə arasında mövcud strateji tərəfdaşlığın gedişatı
və bu tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq
addımların müzakirə olunacağı, eyni zamanda, həm Türkiyə, həm də
Qazaxıstan ərazisindən keçən Orta Dəhlizin inkişaf etdirilməsi,
enerji, müdafiə sənayesi, qarşılıqlı ticarət, kənd təsərrüfatı,
media və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi üçün
yeni hədəflərin müəyyən olunacağı gözlənilir.