Tramp Ukrayna ilə sülhün bərqərar olması üçün Rusiyaya 10 gün vaxt verib

Baş səhifə

Bakı. Trend:

Vaşinqton administrasiyası Rusiya ilə Ukrayna arasındakı
münaqişənin həllinə dair 10 gün ərzində razılıq əldə etməyə
çalışır, əks halda ABŞ idxal rüsumları tətbiq edəcək.

Trend xəbər verir ki, bu
barədə ABŞ-ın prezidenti Donald Tramp jurnalistlərə açıqlama
verib.




“10 gün sonra biz tariflər və digər tədbirlər tətbiq edəcəyik.
Bu, Rusiyaya təsir edəcəkmi, bilmirəm. Ola bilər təsir etsin, ola
da bilər etməsin. Amma təsir edə biləcəyi ehtimalı da var”, – deyə
Tramp bildirib.

O əlavə edib ki, Rusiya hələ də müharibəni davam etdirmək
niyyətindədir.