Özbəkistanda müğənni əri tərəfindən  öldürülüb

Baş səhifə

Özbəkistanın Səmərqənd vilayətində müğənni Zeboyi Jaxon əri tərəfindən öldürülüb.

“Report” xəbər verir ki, bu barədə “Milliy” telekanalının Millar verilişində məlumat verilib.

Məlumata görə, faciə iyulun 26-da müğənninin əri uşaqları görməyə gələn zaman Taylak rayonunda baş verib. Tərəflər arasında mübahisə yaranıb, nəticədə qadın əri tərəfindən boğulub.

Qeyd olunub ki, Zeboyi Jaxon 3 uşaq anası olub. Respublika Baş Prokurorunun mətbuat katibi Xayot Şamsutdinovun sözlərinə görə, həmin şəxs saxlanılıb və ona qarşı cinayət işi açılıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir