“Neftçi” Lüksemburq millisinin hücumçusunu transfer edib

Baş səhifə

“Neftçi” klubu Lüksemburq millisinin futbolçusu Alessio Kurçini transfer edib.

“Report” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, futbol oynamağa vətənində başlayıb Almaniyada davam edən A.Kurçinin sonuncu klubu “Francs Borains” (Belçika) olub. O, millinin heyətində 15 oyun keçirib, 1 qol vurub.

Spread the love