Tramp ukraynalı vətəndaşlara sığınacaq vermək niyyətindədir

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Rusiya-Ukranya arasında silahlı
münaqişə bitənə qədər ukrayna vətəndaşlarının Birləşmiş Ştatlar
ərazisində qalmasına icazə vermək niyyətindədir.

Trend bu barədə
ABŞ KİV-lərinə istinadən xəbər verir.




Jurnalistlər Trampdan ukraynalılara sığınacağın
verilib-verilməyəcəyini soruşub. Buna cavab olaraq Ağ Ev rəhbəri
bildirib ki, bəli, düşünürəm ki, biz bunu edəcəyik.

Trampın sözlərinə görə, Birləşmiş Ştatlara çoxlu Ukrayna
vətəndaşı gəlir və Amerika rəhbərliyi hal-hazırda onlarla “iş
aparmaqdadır”.