
Bakı. Trend:
Avstraliya hökumətinin qərarına əsasən dekabr ayından etibarən
“YouTube” platforması və sosial şəbəkələrdə yaşı 16-dan az olan
vətəndaşların hesabları bloklanacaq.
Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, yaş məhdudiyyətləri ilə bağlı yeni qaydalara
dekabrın 10-dan etibarən qüvvəyə minir və “Instagram”, “Tiktok”,
“Facebook”, “TikTok” və digər sosial şəbəkələr, həmçinin “Youtube”
video-paylaşım platforması hökumətin bununla bağlı tələblərini
yerinə yetirməyəcəyi təqdirdə 50 milyon Avstraliya dollarına qədər
məbləğdə cərimə olunacaqlar.
Yeni qaydalara görə, uşaqlar “YouTube”a daxil ola bilsələr də,
onların şəxsi “YouTube” hesabları və ya kanalları olmayacaq.

