“Turkish Airlines”in təyyarəsində tüstülənmə baş verib, sərnişinlər təxliyə edilib

Baş səhifə

Antalyada “Turkish Airlines”in təyyarəsində tüstülənmə baş verib, sərnişinləri təxliyə edilib.

APA Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul-Antalya reysini yerinə yetirən “Turkish Airlines” aviaşirkətinə məxsus “Boeing 777” tipli sərnişin təyyarəsində enişdən sonra tüstülənmə qeydə alınıb.

Hadisə təyyarə uğurla eniş etdikdən sonra Antalya hava limanında baş verib. Tüstülənmənin səbəbi kimi hidravlik sistemdə yaranmış texniki nasazlıq göstərilir.

Sərnişinlər təhlükəsizlik məqsədilə təxliyə trapları vasitəsilə təyyarədən təxliyə edilib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir