Sakit okeanın cənubundakı bir neçə ada dövlətində sunami təhlükəsi elan edilib

Baş səhifə

Kamçatkada baş verən zəlzələ ilə əlaqədar Sakit okeanın cənub hissəsindəki bəzi ada dövlətlərində, o cümlədən Papua-Yeni Qvineya, Solomon Adaları, Vanuatuda sunami təhlükəsi elan olunub.

“Report” xarici mediaya istinadən xəbər evrir ki, bu barədə ABŞ-nin Port-Morsbi şəhərindəki səfirliyi məlumat yayıb.

“ABŞ-nin Milli Okean və Atmosfer Tədqiqatları İdarəsi Kamçatkanın şərq sahillərində baş verən zəlzələdən sonra Sakit okeanın cənub hissəsindəki bəzi ərazilərdə, o cümlədən Papua-Yeni Qvineya, Solomon Adaları və Vanuatuda sunami təhlükəsi elan edib”, – məlumatda bildirilib.

Əhaliyə sahil ərazilərindən və su hövzələrindən uzaq durmaq, dərhal daha yüksək ərazilərə köçməyə hazır olmaq, həmçinin ilkin zərurət əşyalarına malik olmaq tövsiyə olunur.

Spread the love