Bu gün Yaponiya tarixində ən isti gün kimi qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Bu gün Yaponiyada ölkədə hidrometeoroloji müşahidələrin
aparılmağa başladığı vaxtdan bəri ölkə tarixinin ən isti günü qeydə
alınıb.

Trend bu barədə
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.




Məlumata görə, rekord hərarət Hyoqo prefekturasının Tamba
şəhərində qeydə alınıb. Belə ki, termometrlərin şkalası 41,2 dərəcə
selsini göstərib. Buna qədər ən yüksək temperatur göstəricisi
2018-ci ildə Saitama prefekturasında qeydə alınmışdı (41,1 dərəcə
selsi).

Hərarət dalğası ilə əlaqədar Yaponiyanın 47 prefekturasından
33-də həyəcan təbili çalınıb. Yerli hökumət vətəndaşları imkan
daxilində sərin məkanlarda qalmağa, çoxlu maye və duzlar qəbul
etməyi, bayırda işləyən zaman müntəzəm fasilələr götürməyə
çağırıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir