Olimpiya çempionu Pakistanda faciəvi şəkildə öldü

Baş səhifə

Bakı. Trend:

Pakistanda Karakorum dağlarının Laila zirvəsinə qalxarkən ağır
xəsarət alan almaniyalı sabiq biatlonçu, ikiqat Olimpiya və
dəfələrlə dünya çempionu Laura Dahlmayerin öldüyü açıqlanıb.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, idmançının meneceri 31 yaşlı
atletin zirvəyə dırmanarkən 5700 metr hündürlükdə daş uçqunu
nəticəsində həyatını itirdiyini bildirib.

L.Dahlmayerin ağır xəsarət alması barədə məlumat yayıldıqdan
sonra yüksək dağlıq ərazidə və çətin şəraitdə xilasetmə
əməliyyatının həyata keçirilməsinə başlanıb. Hadisə yerinin
helikopterlə müşahidəsi aparılarkən təcrübəli alpinistdə həyat
əlamətləri müşahidə edilməyib. Laila zirvəsi daş uçqunu və hava
şəraitinin pisləşməsi səbəbi ilə cəsədin çıxarılması xilasetmə
qrupları üçün təhlükəli və qeyri-real hesab olunub.




İdmançının meneceri bu kimi hallarda onun cəsədinin götürülməsi
üçün heç kimin həyatını təhlükəyə atmamasının Laura Dahlmayerin
yazılı və qəti arzusu olduğunu bildirib: “Onun arzusu bu halda
cəsədinin dağda qalması idi. Bu, yaxınlarının da istəyidir və onlar
hamıdan Lauranın son arzusuna hörmətlə yanaşmağı xahiş
edirlər”.

Qeyd edək ki, L.Dahlmayer qış idman növləri tarixində ən uğurlu
idmançılardan biri hesab olunur. O, 2018-ci ildə Cənubi Koreyada
keçirilən Olimpiya Oyunlarında iki qızıl və bir bürünc medal
qazanıb. Bundan başqa, L.Dahlmayer yeddi dəfə dünya çempionu olub.
Təcrübəli idmançı dünya çempionatlarında ardıcıl mövsümlərdə
ümumilikdə 13 medal, bir çempionatda isə beş qızıl medal qazanan
ilk qadın biatlonçu kimi tarixə düşüb. Onun Dünya Kubokunda
ümumilikdə 20 qələbəsi var. L.Dahlmayer bu titullara 25 yaşınadək
nail olub. Belə ki, o, 2019-cu ildə gözlənilmədən idman karyerasını
başa vurub, sonrakı illərdə isə dağ xizəyi bələdçisi ixtisası üzrə
təhsil alıb. Almaniyanın ZDF telekanalında biatlon üzrə ekspert
kimi çalışan L.Dahlmayer idman karyerasından sonra dağçılıqla
məşğul olub.

Qeyd edək ki, hündürlüyü 6096 metr olan Laila zirvəsi dünyanın
ən çətin dırmanan zirvələrindən hesab olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir