KİV: Sabah Bakıda İsrail və Suriya nazirlərinin görüşü keçiriləcək – YENİLƏNİB

Baş səhifə

Sabah Bakıda İsrail və Suriya nazirlərinin görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.

Məlumata görə, İsrail tərəfini strateji məsələlər naziri Ron Dermer, Suriya tərəfini isə xarici işlər naziri Əsəd əl-Şeybani təmsil edəcək.

Görüşdə Suriyada təhlükəsizliklə bağlı vəziyyət müzakirə olunacaq

***

saat 18.57

Sabah Bakıda İsrail və Suriya rəsmilərinin görüşü keçiriləcək.

APA xəbər verir ki, bu barədə AFP-yə diplomatik mənbələrdən məlumat verilib.

Qeyd edək ki, bundan əvvəl də bir sıra media orqanları Suriya və İsrail rəsmilərinin Bakıda görüşdüyü ilə bağlı məlumat yaymışdılar.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir