
Bakı. Trend:
Böyük Britaniyada hava nəqliyyatında ciddi texniki nasazlıq
yaşanır.
Trend “Sky
News”a istinadən xəbər verir ki, Londonun Hitrou, Qatvik və London
Siti hava limanlarında bütün uçuşlar müvəqqəti olaraq
dayandırılıb.
Milli Hava Hərəkəti Xidməti (NATS) bildirib ki, təhlükəsizliyi
təmin etmək məqsədilə Londonun hava nəzarət zonasında uçuşların
sayı məhdudlaşdırılıb.
Nasazlığın NATS-ın Svanvikdə yerləşən hava nəzarət mərkəzindəki
texniki problemdən qaynaqlandığı qeyd olunub.
Londonun Qatvik hava limanından verilən açıqlamada bildirilir
ki, hazırda hava limanından heç bir təyyarə havaya qalxmır və
problem aradan qaldırılanadək bütün uçuşlar dayandırılıb. Gələn
reyslər isə davam edir. Sərnişinlərə öz hava yolları ilə əlaqə
saxlayaraq reys statusunu yoxlamaları tövsiyə olunur.
Oxşar vəziyyət Şotlandiyanın Edinburq hava limanında da müşahidə
olunur. Burada da bütün uçuşlar dayandırılıb və əlavə məlumat üçün
gözlənilir. Hazırda nasazlığın nə vaxt aradan qaldırılacağı məlum
deyil. NATS və hava limanları problemi aradan qaldırmaq üçün birgə
çalışdıqlarını bildiriblər.