Peru hökuməti bütün limanları bağlayıb

Baş səhifə

Peru hökuməti Rusiyanın Kamçatka diyarında baş vermiş zəlzələdən sonra sunami təhlükəsi ilə əlaqədar bütün limanları müvəqqəti bağlamaq qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə ölkə prezidentinin administrasiyası məlumat yayıb.

“Yerli hakimiyyət orqanları ilə koordinasiya şəklində profilaktik məqsədlər üçün limanlar və çimərliklərə giriş bağlanılıb. Vətəndaşları öz təhlükəsizlikləri üçün bu tədbirlərə riayət etməyə və sahilyanı ərazilərdən uzaq olmağa çağırırıq”, – məlumatda deyilir.

Spread the love
Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir