Çempionlar Liqası: “Qarabağ” – “Şelburn” oyununda ikinci hissə başlayıb – YENİLƏNİB-3

Baş səhifə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” (İrlandiya) matçında ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda davam edən matçda ev sahibləri 1:0 hesabı ilə öndədirlər.

Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” (İrlandiya) matçında birinci hissə başa çatıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri fasiləyə üstün yollanıblar – 1:0.

Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” (İrlandiya) matçında hesab açılıb.

“Report” xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar.

Qonaqların heyətində 44-cü dəqiqədə Con Martin avtoqol müəllifi olub.

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin “Qarabağ” – “Şelburn” (İrlandiya) matçı start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü italiyalı referi Andre Kolombo idarə edir. Tərəflər arasında ilk görüşdə Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanıb.

FOTO: Məhəmməd Ağayev