
Bakı. Trend:
Çin ABŞ-nin mümkün 100 faizlik rüsumlarla bağlı
xəbərdarlıqlarına rəğmən, Rusiyadan neft alışını davam etdirəcəyini
bəyan edib.
Trend-in
“Reuters”ə istinadla verdiyi məlumata görə, Pekin enerji
ehtiyacları olan suveren dövlətdir və neft alışı ilə bağlı
qərarları yalnız daxili siyasətə uyğun şəkildə qəbul edir.
Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent çinli
rəsmiləri Rusiyadan neft alışına davam etdikləri təqdirdə mümkün
sanksiyalar və yüksək rüsumlar barədə xəbərdar etmişdi.