Rusiyada 10 dəqiqə ərzində beş zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Rusiyanın Kamçatka diyarında cəmi 10 dəqiqə ərzində beş zəlzələ
qeydə alınıb.

Trend-in
məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid
Geofizika Xidmətinin Kamçatka filialı “Telegram” kanalında məlumat
yayıb.

Bildirilib ki, baş verən yeraltı təkanların maqnitudası müvafiq
olaraq 5, 4.8, 4.8, 5.3 və 6 bal təşkil edib.




Hazırda bu zəlzələlərin insanların hiss etməsi barədə heç bir
məlumat daxil olmayıb.

Qeyd edək ki, yerli vaxtla saat 11:24-də (Bakı vaxtı ilə 03:24)
Sakit okeanda, Kamçatka sahilləri yaxınlığında 8.8 bal gücündə daha
güclü bir zəlzələ də baş verib.