Birmingemdə Ozzi Osbornla vida mərasimi keçirilib

Baş səhifə

Bakı. Trend:

Britaniyanın Birmingem şəhərində məşhur rok musiqiçisi Ozzi
Osbornla vida mərasimi baş tutub.

Trend-in
məlumatına görə, mərasim Bakı vaxtı ilə saat 16:00-da başlayıb və
minlərlə pərəstişkar onunla vidalaşmaq üçün toplaşıb.




Qeyd edək ki, rok musiqisinin əfsanəsi olan Osborn iyulun 22-də
dünyasını dəyişib. O, son illərini Parkinson xəstəliyi ilə mübarizə
apararaq və onurğasından bir neçə əməliyyat keçirərək yaşayıb.

Bütün çətinliklərə baxmayaraq, Osborn iyulun 5-də “Back to the
Beginning” adlı vida konserti ilə səhnəyə çıxaraq 42 min tamaşaçını
bir araya toplamağı bacarmışdı.