
Bakı. Trend:
Almaniya hökuməti bir neçə milyard avro dəyərində hərbi texnika
almağı planlaşdırır.
Trend-in
“Reuters”ə istinadla verdiyi məlumata görə, plan çərçivəsində 20
ədəd “Eurofighter Typhoon” qırıcı təyyarəsi, 3000 ədəd “Boxer”
zirehli maşını və 3500-ə qədər “Patria” piyada döyüş maşını sifariş
ediləcək.
Mənbələrin məlumatına görə, yalnız “Eurofighter Typhoon”
qırıcılarının dəyəri 4-5 milyard avro təşkil edir. “Boxer” və
“Patria” texnikalarının dəyəri isə müvafiq olaraq 10 və 7 milyard
avro səviyyəsində qiymətləndirilir. Bütün bu avadanlıqların
Almaniyaya təxminən 10 il ərzində çatdırılması planlaşdırılır.
Bundan əlavə, Müdafiə Nazirliyi daha çox IRIS-T hava hücumundan
müdafiə sistemi və bir neçə yüz “SkyRanger” pilotsuz uçuş
aparatlarına qarşı müdafiə platforması almağı da planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl Almaniya Maliyyə Nazirliyi 2026-cı il
üçün federal büdcə layihəsini təsdiqləyib. Layihəyə əsasən, ölkənin
müdafiə xərclərinin 82,7 milyard avroya qədər artırılması nəzərdə
tutulur.