Tramp Braziliyadan idxala əlavə tariflər tətbiq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Braziliyadan idxal olunan məhsullara
əlavə 40 faiz tarif tətbiq edən fərman imzalayıb. Bununla da ümumi
rüsum məbləği 50 faizə çatdırılıb.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat xidməti məlumat
yayıb.

Bildirilib ki, bu qərar Braziliya hökumətinin ABŞ-nin milli
təhlükəsizliyinə, xarici siyasətinə və iqtisadiyyatına təhdid
yaradan, eləcə də Amerika şirkətləri və vətəndaşlarının söz
azadlığı hüquqlarına zərər vuran addımlarına cavab olaraq
verilib.




Ağ Ev həmçinin qeyd edib ki, Braziliya hakimiyyəti, xüsusilə də
Ali Məhkəmənin hakimi Aleşandre de Moraeşin vasitəsilə ABŞ
şirkətləri və vətəndaşlarına qarşı siyasi motivli təqiblər, senzura
və təzyiqlər həyata keçirir.

Fərman çərçivəsində hakim de Moraeş, onun ailə üzvləri və
müttəfiqlərinə qarşı viza məhdudiyyətlərinin tətbiq olunması da
nəzərdə tutulur.

Rəsmi açıqlamada vurğulanıb ki, bu tədbirlər ABŞ-nin söz
azadlığı, iqtisadi maraqları və milli təhlükəsizliyinin qorunmasına
xidmət edir.

Spread the love