Macarıstan kiçik modul nüvə reaktorlarının tikintisinə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkəsinin Amerika
dizaynlı kiçik modul nüvə reaktorlarının (SMR) tikintisi üçün
hazırlıq işlərinə başladığını açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə “Telex” məlumat yayıb.

Nazir bildirib ki, Macarıstanın dövlətə məxsus Hunatom şirkəti
Polşanın Synthos Green Energy şirkəti ilə yeni nüvə
texnologiyalarının tətbiqinə dair texnoloji və hüquqi hazırlıq
işlərini nəzərdə tutan müqavilə imzalayıb.




“Bu saziş Macarıstanda Amerika nüvə texnologiyasının tətbiqi
üçün zəruri olan texnoloji, infrastruktur, maliyyə və hüquqi
hazırlıq prosesinin başlanmasını təmin edir”, – deyə Siyarto qeyd
edib.

O, əlavə edib ki, məhdud resurslara malik ölkələr üçün iri atom
elektrik stansiyalarının tikintisi çətin və qeyri-real görünə
bilər. Bu baxımdan, əvvəlcədən hazırlanaraq yerində asanlıqla
quraşdırıla bilən kiçik modul reaktorlar səmərəli
alternativdir.

Qeyd edək ki, kiçik modul reaktorlar nisbətən yeni texnologiya
hesab olunur. İlk belə reaktor 2023-cü ildə ABŞ-da rəsmi olaraq
təsdiqlənib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir