
Bakı. Trend:
ABŞ Federal Ehtiyatlar Sistemi (FED) bu il artıq beşinci dəfədir
ki, qısamüddətli faiz dərəcəsini dəyişməz saxlayır.
Trend-in
məlumatına görə, bu barədə qurumun sədri Cerom Pauell mətbuat
konfransında məlumat verib.
Qərara əsasən, əsas qısamüddətli faiz dərəcəsi təxminən 4,3 faiz
səviyyəsində qorunacaq. Beləliklə, FED ABŞ Prezidenti Donald
Trampın faiz dərəcələrinin azaldılması ilə bağlı davamlı
çağırışlarını yenidən rədd etmiş olub.
Pauell qeyd edib ki, tətbiq edilən tariflər bəzi mallar üzrə
qiymət artımına səbəb olmağa başlayıb, lakin bu siyasətin
uzunmüddətli təsirləri hələ də qeyri-müəyyəndir.
“İnflyasiyanın nəzarətdə saxlanılması üçün nə lazımdırsa,
edəcəyik”, – deyə FED rəhbəri vurğulayıb.