Telegram-da qlobal axtarış funksiyası istifadəyə verildi

Baş səhifə

Bakı. Trend:

Telegram messencerinin beta versiyasında yeni qlobal axtarış
funksiyası sınaqdan keçirilir.

Trend-in “Durov
şifrəsi” portalına istinadla verdiyi məlumata görə, bu yenilik
vasitəsilə bütün ictimai kanallarda dərc olunan materiallar üzrə
axtarış aparmaq mümkündür.




Funksiya hazırda yalnız Telegram Premium abunəçiləri üçün tam
əlçatandır. Pulsuz istifadəçilər isə cəmi iki axtarış sorğusu
yerinə yetirə bilərlər. Daha sonra əlavə sorğular üçün
istifadəçilərin 10 virtual “ulduz” əldə etməsi tələb olunur.
Bununla belə, ödənişdən sonra axtarışın 24 saat ərzində limitsiz
olub-olmayacağı hələ tam aydınlaşdırılmayıb.

Qeyd edək ki, Telegram Premium funksiyalarının genişləndirilməsi
çərçivəsində daha öncə yükləmə limitlərinin artırılması və
eksperimental alətlərə çıxış imkanları da təqdim olunmuşdu.