Tramp mis məhsullarının idxalına 50 faiz rüsum tətbiq edib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizliyin təminatı
məqsədilə bəzi mis məhsullarının idxalına 50 faiz rüsum tətbiq
edilməsi barədə sərəncam imzalayıb.

Trend-in Ağ Evin
yaydığı açıqlamaya istinadla verdiyi məlumata görə, yeni tariflər
avqustun 1-dən etibarən qüvvəyə minəcək və yarımfabrikat mis
məhsulları, eləcə də böyük miqdarda mis tərkibli malları əhatə
edəcək. Eyni zamanda mis qırıntıları, konsentratlar, katodlar və
anodlar kimi xammal məhsulları bu tariflərə daxil edilməyəcək.




Sərəncamın məqsədi yerli mis sənayesini dəstəkləməkdir. Bu
çərçivədə ABŞ-da istehsal olunan yüksəkkeyfiyyətli mis
qırıntılarının ən azı 25 faizinin daxili bazarda satışının təmin
edilməsi tələb olunur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir