
Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonla İslamabad arasında
Pakistanın nəhəng neft ehtiyatlarının birgə işlənməsi barədə saziş
imzalandığını bildirib.
Trend-in
məlumatına görə, bu barədə Donald Tramp “Truth Social” sosial
şəbəkəsində paylaşım edib.
“Biz indicə Pakistanla bir saziş imzaladıq. Bu sənədə əsasən,
Pakistan və Birləşmiş Ştatlar onların böyük neft ehtiyatlarının
işlənməsi üzrə birgə əməkdaşlıq edəcəklər. Hazırda bu tərəfdaşlığa
rəhbərlik edəcək neft şirkətini seçirik. Kim bilir, bəlkə bir gün
onlar Hindistana neft satacaqlar”, – deyə Tramp qeyd edib.
Qeyd edək ki, Tramp daha əvvəl avqustun 1-dən Hindistana qarşı
25 faiz gömrük rüsumlarının tətbiq ediləcəyini elan etmişdi. Bu
qərarın səbəblərindən biri Hindistanın Rusiya enerji daşıyıcılarını
alması ilə əlaqələndirilir.