
Bakı. Trend:
“Mercedes-Benz” şirkəti 2024-cü ilin birinci yarısında ciddi
maliyyə itkisi ilə üzləşib.
Trend-in “Bild”
qəzetinə istinadla verdiyi məlumata görə, konsernin xalis mənfəəti
ötən ilin eyni dövrü ilə müqayisədə 55,8 faiz azalaraq 6,1 milyard
avrodan 2,7 milyard avroya enib.
Şirkətin ümumi gəliri də 8,6 faiz azalaraq 72,6 milyard avrodan
66,4 milyard avroya düşüb. “Mercedes-Benz” bu azalmanı gömrük
rüsumları, satışların zəifləməsi və daxili səmərəlilik tədbirləri
ilə əlaqələndirib.
Qeyd olunur ki, konsern ötən ili də zəif göstəricilərlə başa
vurmuşdu:
Xalis mənfəət 28 faiz azalaraq 10,4 milyard avroya,
İllik gəlir isə 4,5 faiz azalaraq 145,6 milyard avroya
düşmüşdü.
Bunun əsas səbəbi kimi Çin bazarında satışların zəifləməsi
göstərilir.
Şirkət rəhbərliyi vəziyyəti sabitləşdirmək və mənfəəti artırmaq
üçün bu ilin fevralında qənaət proqramı təqdim edib. Proqrama
əsasən:
2027-ci ilədək istehsal xərcləri 10 faiz,
Material və sabit xərclər isə əlavə 10 faiz azaldılacaq.
“Mercedes-Benz” bu tədbirlərlə yaxın illərdə maliyyə
dayanıqlığını bərpa etməyi hədəfləyir.

