
Bakı. Trend:
Milli Basketbol Assosiasiyasının (NBA) sabiq müdafiəçisi Gilbert
Arinas qanunsuz qumar biznesinin təşkilində şübhəli bilinərək
Kaliforniya ştatında saxlanılıb.
Trend-in
məlumatına görə, bu barədə məlumatı ABŞ-i Kaliforniya Mərkəzi
Dairəsinin Prokurorluğunun mətbuat xidməti yayıb.
İstintaqın məlumatına əsasən, Arinas 2021-ci ilin sentyabrından
2022-ci ilin iyuluna qədər öz şəxsi malikanəsini yüksək mərcli
qanunsuz poker oyunlarının təşkili üçün icarəyə verib. Onunla
birlikdə bir neçə İsrail vətəndaşı da saxlanılıb.
43 yaşlı Arinas NBA karyerası ərzində “Golden State Warriors”,
“Washington Wizards”, “Orlando Magic” və “Memphis Grizzlies”
komandalarının formasını geyinib. O, 2005, 2006 və 2007-ci illərdə
NBA All-Star oyunlarında iştirak etmişdi.
Hazırda araşdırmalar davam edir, Arinasa qarşı ittihamlarla
bağlı detallı açıqlama verilməyib.

