ABŞ Trampın prezidentliyi dövründə astronavtları Aya endirməyi planlaşdırır

Baş səhifə

Bakı. Trend:

ABŞ hökuməti astronavtların yaxın 3,5 il ərzində Aya
endirilməsini hədəfləyir.

Trend-in
məlumatına görə, bu barədə Nəqliyyat naziri və NASA-nın icraçı
direktoru vəzifəsini icra edən Şon Daffi “Fox News” telekanalına
açıqlama verib.

Daffi bildirib ki, gələn il NASA-nın Artemis proqramı
çərçivəsində astronavtlar Ay ətrafında dövr edəcək, daha sonra isə
təxminən bir il ərzində Aya eniş həyata keçiriləcək:
“Bu, Donald Tramp prezident vəzifəsində olarkən baş verəcək. Biz
sonra Ayda baza quracaq, orada qalacaq və əldə etdiyimiz biliklərlə
Marsa çatmağa çalışacağıq.”

NASA-nın Artemis proqramı üç mərhələdən ibarətdir:

Artemis I (baş tutub) – “Orion” kosmik gəmisinin Ayın ətrafında
pilotsuz uçuşu (noyabr-dekabr 2022).




Artemis II – heyətli gəminin Ay ətrafında dövr etməsi.

Artemis III – astronavtların Aya endirilməsi və gələcəkdə Mars
missiyası üçün hazırlıq.

İlkin olaraq Artemis II və III 2022 və 2024-cü illərə
planlaşdırılsa da, proqram dəfələrlə təxirə salınıb. Hazırda bu
mərhələlərin müvafiq olaraq 2026-cı ilin aprelində və 2027-ci ilin
ortalarında həyata keçirilməsi planlaşdırılır.

Əgər bu cədvəl dəyişməzsə, ABŞ təxminən 50 ildən sonra ilk dəfə
olaraq astronavtları Ay səthinə endirəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir