Kamboca Tailanddan əsir götürülmüş əsgərlərinin azad edilməsini tələb edir

Baş səhifə

Bakı. Trend:

Kamboca hökuməti atəşkəsdən bir neçə saat sonra Tailand
qüvvələri tərəfindən əsir götürülmüş 20 əsgərinin qatarılmasını
tələb edib.

Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər Kamboca Milli Müdafiə Nazirliyinin
rəsmisi Mali Soçeataya istinadən məlumat yayıb.

Nazirliyin sözçüsü əsir götürülmüş hərbçilərin ən qısa zamanda
sağ-salamat evlərinə qayıtması üçün əllərindən gələni edəcəklərini
qeyd edib.




“Biz Tailandı 20 nəfərlik şəxsi heyətin hər birini tez bir
zamanda Kambocaya qaytarmağa çağırırıq”, – deyə Soçeataya
vurğulayıb.

Tailanddan olan rəsmilər isə əsgərlərin yalnız müvafiq hüquqi
prosesin yekunlaşmasından sonra Kambocaya təhvil veriləcəyini
bildiriblər.