
Bakı. Trend:
Kanadanın qərbində yelrəşən Britaniya Kolumbiyası əyalətinin
sakinləri nəzarətdən çıxan meşə yanğınları ilə əlaqədar kütləvi
şəkildə köçürülür.
Trend bu barədə
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Məlumata görə, xüsusilə yanğın ocağına ən yaxın olan Okanaqan
dairəsində 400 yaşayış evinin sakinlərinin icbari təxliyəsi əmr
olunub. Həmin dairədə artıq bir neçə avtomagistral alovun
mühasirəsinə düşdüyündə, bir çox yerlərdə nəqliyyatın hərəkəti
iflic olub. Yanğının söndürülməsinə aviasiya və ağır texnika cəlb
olunub.
Zərərçəkənlər barədə məlumat verilmir.

