ABŞ-də təyyarə hava burulğanına düşüb, 25 nəfər xəstəxanaya yerləşdirilib

Baş səhifə

Solt-Leyk-Sitidən (ABŞ) Amsterdama (Niderland) uçan təyyarə turbulentliyə (hava burulğanı) düşüb, 25 nəfər xəstəxanaya çatdırılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının saytında yerləşdirilən bəyanatda deyilir.

“Delta Air Lines” aviaşirkətinə məxsus təyyarə uçuş zamanı hava burulğanı ilə qarşılaşdıqdan sonra məcburi eniş edib.

“Airbus A330-900″ təyyarəsi Minneapolisdəki hava limanına uğurla eniş edib. Təyyarədə olan şəxslərdən 25 nəfəri yerli xəstəxanalara çatdırılıb”, – bəyanatda bildirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir