
Bakı. Trend:
Anqolada yanacaq qiymətlərinin bahalaşmasına qarşı davam edən
etirazlar fonunda meydana gələn küçə iğtişaşlarında ölənlərin sayı
22 nəfərə çatıb, yüzlərlə insan yaralanıb.
Bu barədə Trend
ölkənin yerli KİV-lərinə istinadən xəbər verir.
Polis qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarla
əlaqədar 1200-dən çox aksiya iştirakçısının saxlanıldığı
bildirilir.
Qeyd edək ki, ölkədə vəziyyət taksi sürücülərinin iyulun 1-dən
etibarən yanacaq qiymətlərinin bahalaşmasına etiraz olaraq tətilə
çıxmasından sonra başlayıb.