Azərbaycan 6 ayda elektrik enerjisi ixracından 39 milyon dollara yaxın gəlir əldə edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-iyun aylarında Azərbaycan 38,6 milyon ABŞ dolları
dəyərində elektrik enerjisi ixrac edib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın iyul sayına istinadən xəbər
verir.

Məlumata əsasən, bu, 2024-cü ilin ilk 6 ayındakı göstərici ilə
müqayisədə 12,5 milyon dollar və ya 32,4% azdır.




Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında Azərbaycanın
qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə
müqayisədə 9,9% artaraq 1,8 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid
malların siyahısında pomidor (tomat) (149 milyon ABŞ dolları)
birinci olub. Bu siyahıda qızıl (144 milyon ABŞ dolları) ikinci,
pambıq (98,6 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.