ABŞ və Tayvan konsensusa nail olub

Baş səhifə

ABŞ və Tayvan texniki məsləhətləşmələri başa çatdırıb və tariflər və qeyri-tarif maneələri məsələlərində konsensusa nail olub.

“Report” xəbər verir ki, bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi (CNA) məlumat yayıb.

“Tərəflər texniki məsləhətləşmələri başa çatdırıb və tariflər, qeyri-tarif ticarət maneələri, ticarət prosedurlarının sadələşdirilməsi, təchizat zəncirlərinin dayanıqlılığı və iqtisadi təhlükəsizlik məsələlərində müəyyən konsensusa nail olublar”, – məlumatda bildirilib.

Tərəflər arasında danışıqlar davam edir və ABŞ hökumətinin qərar qəbuletmə prosesi başa çatdıqdan sonra ictimai hesabat təqdim ediləcək.

Xatırladaq ki, ABŞ Tayvan mallarına 32 faiz tarif tətbiq edib.