
Bakı. Trend:
Qazaxıstan müstəqil şəkildə 3 istilik elektrik stansiyasının
inşasına başlayıb. Hərçənd buna qədər onların tikintisində
Rusiyanın iştirakı planlaşdırılırdı.
Trend ölkənin
yerli KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın
baş nazirinin birinci müavini Roman Sklyar keçirdiyi mətbuat
konfransında danışıb.
O, stansiyaların Qazaxıstan tərəfində müstəqil inşa olunmasına
rəğmən, Rusiya ilə tərəfdaşlığa hələ də açıq olduqlarını diqqətə
çatıdıb.
“O zaman “İnter RAO” şirkəti bizdə stansiyaları tikməyi öhdəsinə
götürərək, aşağı faizli ixrac maliyyələşdirməsi almalı idi. Təəssüf
ki, bunu edə bilmədilər, buna görə də stansiyaları özümüz tikmək
qərarına gəldik”, – deyə Sklyar Qazaxıstanda üç İES-nın inşası
barədə suala cavab verərkən qeyd edib.
Onun sözlərinə görə, artıq Kokşetau İES-nın tikintisinin aktiv
mərhələsinə başlanılıb və sifarişçi “Samruk-Energo” şirkətidir.
“Eyni vəziyyət Semey və Öskəmən (Ust-Kamenogorsk) stansiyaları
ilə də olacaq. Əgər rusiyalı həmkarlarımızdan maliyyələşdirmə
təklifi alsaq, “Samruk-Energo” onları tərəfdaş kimi seçə bilər,
burada heç bir maneə yoxdur”, – deyə Qazaxıstanın birinci baş nazir
müavini izah edib.