Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb

Baş səhifə

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Ukraynanın Azərbaycandakı səfiri Yuri Husyev arasında görüş olub.

APA xəbər verir ki, bununla bağlı səfir Yuri Husyev özünün X hesabında paylaşım edib.

“Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə məhsuldar görüşümüz oldu. Ölkələrimiz arasında strateji əməkdaşlığı dərinləşdirməyin yollarını müzakirə etdik. Azərbaycanın Ukrayna ilə həmrəyliyi və davamlı dəstəyi üçün minnətdaram”, – deyə səfir qeyd edib.