
İyulun 31-də Sakit okeanda Şimali-Kurilsk yaxınlığında sutka ərzində ikinci zəlzələ baş verib.
“Report”un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə “Yujno-Saxalinsk” seysmostansiyasının rəhbəri Yelena Semyonova bildirib.
Seysmoloqlar 6,0 maqnitudalı ilk zəlzələni isə Kuril adalarının sahilində qeydə alıblar.
“31 iyul tarixində saat 17.51-də (Moskva vaxtı ilə 9.51) Sakit okeanda 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Yerli təkanların episentri Şimali-Kurilsk şəhərindən 104 kilometr cənub-şərqdə, zəlzələ ocağı isə 60 kilometr dərinlikdə yerləşib”, – agentliyin həmsöhbəti bildirib.
Kuril adalarının şərqində 6,7 maqnitudalı zəlzələ baş verib.
Bu barədə “Report” Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən (Rusiya) 388 km cənubda yerləşib. Yeraltı təkanların ocağı 10 km dərinlikdə olub.
Kamçatkanın şərq sahilində, Petropavlovsk-Kamçatskidən 155 km şərqdə isə 5 maqnitudalı zəlzələ qeydə alınıb.
Xatırladaq ki, iyulun 29-u Kamçatka yaxınlığında 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Onun maqnitudası 8,8-ə çatıb. Sunami təhlükəsi elan edilib.