“Microsoft” bütün istifadəçilərin parollarını söndürəcək

Baş səhifə

Bakı. Trend:

“Microsoft” koporasiyası avqustun 1-də “Authenticator”
xidmətinin parol dəstəyini deaktivləşdirəcəyini bildirib.

Trend xəbər verir
ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

“Microsoft” istifadəçilərinin özəl “Authenticator” tətbiqində
saxlaya bildikləri parollar 1 avqustdan etibarən hərflərdən,
simvollardan və rəqəmlərdən ibarət giriş açarları (passkey) ilə
əvəz ediləcək.




Bundan əlavə, istifadəçilərə parol əvəzinə PIN-kod, qrafik açar
və ya biometrik giriş barmaq izi və ya üz skaneri vasitəsilə
daxilolma təklif olunacaq.

Avqustun 1-dən etibarən istifadəçilərin əvvəlcədən saxlanmış
parolları silinəcək və onların hamısına hesablarına daxil olmaq
üçün yeni üsul quraşdırmaq təklif olunacaq.

İyun ayında “Microsoft” artıq “Authenticator” tətbiqinə yeni
parol əlavə etməyi qadağan etmişdi. Bununla belə, internet
hesablarına giriş üçün istifadə olunan parollar hələlik “Edg”e
brauzerində qalacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir