SOCAR neft ixracını artırıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-iyun aylarında Azərbaycan Dövlət Neft Şirkəti
(SOCAR) tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri ötən
ilin analoji dövrü ilə müqayisədə cüzi artaraq, təxminən 4,2 milyon
ton təşkil edib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.




Məlumata görə, buraya şirkətin öz imkanları ilə çıxardığı neft
həcmləri ilə birlikdə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq
konsorsiumlar tərəfindən hasil olunan neftin Azərbaycan dövlətinə
və SOCAR-a məxsus mənfəət payları da daxildir.

Ölkə üzrə təbii qaz ixracı 6,2 milyard kubmetr, istehlakı isə
2,4 milyard kubmetr təşkil edib. Təbii qaz istehlakında 6% artım
qeydə alınıb.