SOCAR neft və qaz emalını azaldıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR)
tərəfindən 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox
qaz emal edilib.

Bu barədə Trend SOCAR-a istinadən xəbər verir.




Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə şirkət
tərəfindən neft emalı 3,5 min ton və ya 0,2%, qaz emalı isə 95,6
milyon kubmetr və yaxud 11,1% azalıb.

Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində
istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya
məhsulları xarici bazarlara ixrac edilib ki, bu da ötən ilin eyni
dövründəki göstərici ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalma
deməkdir.

Spread the love