Konfrans Liqası: “Sabah” “Petrokub”la oyunda hesabı açıb – YENİLƏNİB

Baş səhifə

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Sabah” – “Petrokub” (Moldova) oyununda hesab açılıb..

“Report” xəbər verir ki, Əlincə stadionunda keçirilən matçda Bakı klubu hesabda irəli çıxıb.

21-ci dəqiqədə Coy Lens Mikels adını tabloya yazdırıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Sabah” – “Petrokub” (Moldova) oyunu start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma Əlincə stadionunda keçirilir.

Görüşü serbiyalı referi Danilo Nikoliç idarə edir. Tərəflər arasında ilk görüşdə Bakı təmsilçisi 2:0 hesablı qələbə qazanıb.