Konfrans Liqası: “Sabah” öz meydanında “Petrokub”u darmadağın edib

Baş səhifə

Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.

APA xəbər verir ki, Azərbaycan təmsilçisi “Sabah” Moldovanın “Petrokub”unu qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.

Bununla da Azərbaycan Kubokunun son qalibi adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yazdırıb.