Moldova klubunun baş məşqçisi: “Sabah”la cavab oyununda riskə getməli olduğumuzu bilirdik”

Baş səhifə

“Petrokub” “Sabah”la matçda riskə gedib.

“Report” xəbər verir ki, bunu “Petrokub”un (Moldova) baş məşqçisi Şota Makharadze UEFA Konfrans Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı cavab oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis güclü rəqibə qarşı oynadıqlarını söləyib:

“Sabah”ı növbəti mərhələyə adlaması münasibəti ilə təbrik edirəm. İlk oyundan sonra çətin vəziyyətə düşdük. Cavab qarşılaşmasında riskə getməli olduğumuzu bilirdik. Təəssüf ki,bu, bizdə alınmadı və ardıcıl 2 qol buraxdıq. Halbuki, Moldovadakı qarşılaşmada 82 dəqiqə bərabər səviyyəli oyun getmişdi”.

Qeyd edək ki, Əlincə stadionunda keçirilən “Sabah” – “Petrokub” matçı ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sabah” UEFA Avropa Liqasının II təsnifat mərhələsində baş tutacaq “Levski” (Bolqarıstan) – “Braqa” (Portuqaliya) matçının məğlubu ilə qarşılaşacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir