ABŞ prezidentinin xüsusi elçisi avqustun 1-də Qəzzaya səfər edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff cümə günü
humanitar yardımın çatdırılmasını müzakirə etmək üçün Qəzza
zolağına səfər edəcək.

Trend-in
məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt
deyib.




“Sabah xüsusi elçi Uitkoff və [ABŞ-ın İsraildəki səfiri Mayk]
Hakabi mövcud paylama məntəqələrini yoxlamaq və daha çox ərzaq
çatdırmaq üçün plan hazırlamaq, həmçinin yerli sakinlərlə görüşmək
üçün Qəzzaya gedəcəklər”, – deyə o brifinq zamanı bildirib.

K.Livitt qeyd edib ki, Fələstin anklavına səfərdən sonra Uitkoff
və Hakabi “bölgədə ərzaq və yardım paylanması üzrə yekun planı
təsdiqləmək” üçün dərhal Amerika lideri Donald Trampı
məlumatlandıracaqlar.

Spread the love