UEFA Konfrans Liqası: “Aris” – “Araz-Naxçıvan” matçında hesab bərabərləşib – YENİLƏNİB-6

Baş səhifə

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçında hesab bərabərləşib.

“Report”un məlumatına görə, “Aris”in heyətində Monçu 90-cı dəqiqədə fərqlənib – 2:2.

“Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçında növbəti qol vurulub.

“Report”un məlumatına görə, “Aris” hesab arasındakı fərqi azaldıb.

Fabiano Leysman 62-ci dəqiqədə fərqlənib – 1:2.

“Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro 52-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan uzaqlaşdırılıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçında ikinci hissə başlayıb.

“Report”un məlumatına görə, fasilədən sonra “Araz-Naxçıvan” komandasının 2:0 hesablı üstünlüyü davam edir.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçında ilk hissə başa çatıb.

“Report”un məlumatına görə, “Araz-Naxçıvan” fasiləyə hesabda 2:0 öndə yollanıb.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçında hesab açılıb.

“Report”un məlumatına görə, Naxçıvan klubunun heyətində Çarles Boli 11-ci dəqiqədə fərqlənib.

Görüş Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab görüşləri çərçivəsində keçirilən “Aris” (Yunanıstan) – “Araz-Naxçıvan” matçına start verilib.

“Report”un məlumatına görə, matç Saloniki şəhərindəki “Kleantis Vikelidis” stadionunda keçirilir.

Qarşılaşmanı şotlandiyalı referi Devid Dikinson idarə edir. Tərəflər arasında ilk görüşdə Naxçıvan təmsilçisi 2:1 hesablı qələbə qazanıb.