UEFA Konfrans Liqası: “Zirə” – “Hayduk”la matçda hesabı bərabərləşdirib – YENİLƏNİB – 4

Baş səhifə

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə ikinci qol vurulub.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda Bakı klubu hesabı bərabərləşirib – 1:1.

90+3-cü dəqiqədə İssa Cibrilla rəqib komandanın qapısına yol tapıb.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə ikinci hissə başlayıb.

“Report” xəbər verir ki, Split şəhərindəki “Polyud” stadionunda keçirilən matçda meydan sahibləri 1:0 hesabı ilə öndədirlər.

Görüşü italiyalı referi Luka Payretto idarə edir.

“Zirə” Xorvatiyada “Hayduk”a qarşı keçirdiyi UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda fasiləyə geridə yollanıb.

“Report”un məlumatına görə, hazırda meydan sahibləri 1:0 hesabı ilə öndədir.

Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində keçirilən “Hayduk” (Xorvatiya) – “Zirə” görüşündə hesab açılıb.

“Report”un məlumatına görə, qarşılaşmada ilk qolu meydan sahibləri vurub.

Filip Krovinoviç 19-cu dəqiqədə fərqlənib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində “Hayduk” (Xorvatiya) – “Zirə” görüşü start götürüb.

“Report” xəbər verir ki, qarşılaşma Split şəhərindəki “Polyud” stadionunda keçirilir.

Görüşü italiyalı referi Luka Payretto idarə edir. Tərəflər arasında Bakıda baş tutan ilk matçda heç-heçə qeydə alınıb – 1:1.