
Bakı. Trend:
Fələstinin “HƏMAS” hərəkatı Qəzzada humanitar böhran və aclıq
bitən kimi İsraillə atəşkəs danışıqlarını bərpa etməyə
hazırdır.
Trend-in
məlumatına görə, bu barədə “HƏMAS”ın Telegram kanalında
bildirilib.
“Hərəkat yardım ehtiyacı olanlara çatdıqdan və Qəzzada humanitar
böhran və aclıq bitdikdən sonra dərhal danışıqları bərpa etməyə
hazır olduğunu təsdiqləyir”, – deyə mətndə qeyd olunur.
HƏMAS hesab edir ki, “Qəzza zolağında aclıq hökm sürərkən
danışıqların davam etdirilməsi onları mənasız edir”.

