
Bakı. Trend:
İsrail ordusu Livanın cənubundakı Livanın “Hizbullah”
hərəkatının mövqelərinə bir sıra hava zərbələri endirib.
Trend-in
məlumatına görə, bu barədə “The Times of Israel” qəzeti İsrail
Müdafiə Ordusuna istinadən xəbər verib.
Qeyd edilib ki, əməliyyatın hədəfi “strateji silahların”
istehsal edildiyi və ya saxlanıldığı infrastruktur olub.
İsrail ordusu “Hizbullahın bu obyektlərdən istifadəni bərpa
etmək üçün göstərdiyi səyləri müəyyən etdikdən” sonra zərbə
endirmək qərarına gəldiyini bildirib.