Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırdığını bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Ukraynadakı vəziyyətlə əlaqədar
Rusiyaya qarşı sanksiyalar tətbiq etmək niyyətində olduğunu
bildirib.

Trend-in
məlumatına görə, bu barədə ABŞ prezidenti Ağ Evdə jurnalistlərə
deyib.

“Bəli, biz sanksiyalar tətbiq edəcəyik. Mən əmin deyiləm ki, bu,
onları narahat edir, onlar sanksiyaların, rüsumların və qalanların
nə olduğunu çox yaxşı bilirlər”, – deyə o bildirib.




D.Tramp Ukrayna nizamlanması üçün təyin etdiyi müddət bitdikdən
sonra nə etməyi planlaşdırdığı sualına belə cavab verib.

Eyni zamanda ABŞ prezidenti bir daha qeyd edib ki, o, belə
hərəkətlərin Rusiyanın mövqeyinə təsir edib-etməyəcəyini
bilmir.